Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Atatürk parkı"nda ağacların kəsilməsi ilə bağlı nazirlikdən açıqlama - Video

Xəbər verdiyimiz kimi Nərimanov rayonu Bakının Nərimanov rayonunda yerləşən "Atatürk parkı"nda bir neçə ağacın kökündən çıxarılıb, xeyli sayda ağac isə kəsilib.

Məsələ ictimailəşdikdən sonra redaksiyamıza çoxsaylı müraciətlər daxil olub, müraciətlərin içərisində isə adıçəkilən "Atatürk parkı" nın türk şirkətlərinə satıldığını, yaxın ərəfələrdə isə həmin parkda türk restoranlar şəbəkəsinin inşa olunmasına dair məlumatlar da yer almaqdadır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözcüsü İradə İbrahimova qeyd edib ki, bundan nazirliyin məlumatı var və adıçəkilən ərazidə abadlaşdırma işinin aparıldığına görə kök hissəsi çürümüş və aşma təhlükəsi ilə üz-üzə qalan 2 ağac kəsilib və bir neçəsi isə kökündən çıxarılıb:

İradə İbrahimova

"Həmin ərazidə abadlaşdırılma işləri aparılır, biz məsələdən təbii ki, məlumatlıyıq. Orada 2 ağacın kəsilmə faktı qeydə alınıb ki, həmin ağaclar da cürümüş və aşma təhlükəsi ilə üz-üzə qalan ağaclardır. Daha dəqiq məlumatı isə Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov verəcək".

Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov isə Bizimyol.info-ya açıqlamasında bildirib ki, dövlətin balansında olan parkın hansısa şirkətlərə satılmasına dair yayılan məlumatlar yalnışdır və parkda aşmaq təhlükəsi ilə üz-üzə qalan çürümüş iki ağac kəsilib, yerində isə yeni ağaclar əkiləcək:

"Həmin parkda əsaslı təmir işləri görülür. Parkda olan digər ağaclarda isə cavanlaşdırma, aqrotexniki və sanitar qullulq işləri aparılır. Qurumuş, çürümüş, əyilmiş, aşmaq üzrə olan ağaclar götürülüb, yerində isə həmişəyaşıl ağacları, dekorativ güllər, kollar, eləcə də ot örtüyü (qazon) əkiləcək. Ona yaxın ağac kəsilməyib orda, iki ədəd qovaq ağacı kəsilib, o ağaclar da gövdəsi çürümüş və aşmaq təhlükəsi olan ağaclar idi. Hətta o ağaclardan birinin içində siqaret söndürürdülər, onu da bir ay bundan öncə çəkib sosial şəbəkələrdə paylaşmışdılar".

İdarə rəisi sözügedən parkda çəkiliş zamanı aşkarladığımız ona yaxın ağacın kəsilmə faktını da "ola bilməz" adlandırdı:

"Vallah yenə də deyirəm, orada on ağac kəsilə bilməz, ola bilər ki, köhnədən kəsilən ağaclardır. Orada elə ağaclar var ki, köhnədən kəsilib, hətta kötüyü də quruyub. O kötükləri mən orada müşahidə etmişəm. Orada sağlam ağac kəilməyib, hələ biz özümüz sağlam ağac axtarırıq ki, o parka əkək. Çünki o park yenidən qurulur. Bu park Azərbaycanda yeganə park olacaq ki, parkda idman edənlər üçün ayrıca zolaq olacaq, velosipedin hərəkəti üçün ayrıca zolaq olacaq. Orada ağacı kəsib kimsə obyekt tikmir, bina tikmir ki? Abadlaşdırma və yenidənqurma işlərini Bakı Şəhər İcra Hakimiyyəti aparır. Parkdakı ağacların demək olar ki 95 faizi qocalmış ağaclardır. Ona görə də ömrünün çox hissəsini yaşamış ağacları korroziyadan qorumaq üçün üst hissələrini kəsmişik ki cavanlaşsın. İnşallah ki, may və iyun aylarında biz oradakı kəsilmiş ağacların yeni pöhrəsinin şahidi olacağıq.

Bizim rəhbərlik deyir ki, bizə sual verirlər ki, Türkiyədəki Heydər Əliyev adına olan parkı görmüsünüz? Təbii ki, biz də görmüşük, gözəl parklardan biridir. İndi bu da Atatürkün adına olan parkdır, həm də prospektdir. Bəs bu park niyə belə olmalıdır? Əslində bu tam doğrudur, burada məntiq də var. Ona görə də biz bu parkda necə ağacların kəsilməsindən danışa bilərik?".

Həmçinin Orxan Məmmədov park ərazisinin türk şirkətlərinə satılması iddialarına da aydınlıq gətirib, o bu məlumatları əsassız adlandıraraq bunun mümkünsüz olduğunu bildirib:

"Parkın hansısa hüquqi və fiziki şəxslərə satılması mümkünsüzdür. Bu park dövlətin balansındadır, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansındadır. Hansısa obyektin tikilməsi və sökülməsi ilə bağlı bizdə məlumat yoxdur. Sənədi olmayan bütün obyektlərin sökülməsi ilə bağlı cənab Eldar Əzizovun göstərişi var. Lakin şəxsi mülkiyyətdə olan obyektlıərə toxunmaq mümkün deyil, vaxtilə qeyri-qanuni formada alınıb hərçənd ki, amma şəxsi mülkiyyət olduğuna görə toxunmaq olmur. Burada 6-7 böyük obyekt var idi ki, sənədsiz olduğuna görə sökülüb. Belə gözəl parka 1-2 iaşə obyekti ola bilər, amma o demək deyil ki, başdan ayağa obyekt olsun. Hətta siz parkın yeni layihəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb tanış da ola bilərsiniz. Bu park Bakıda yeganə parklardan biri olacaq, buna əmin ola bilərsiniz".

Sözügedən parkdan çəkdiyimiz görüntünü oxucularımıza təqdim edirik:

Rövşən Əsədov, Bizimyol.info

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »