Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror klinikanın vəzifəli şəxslərinə cəza istədi
Dövlət ittihamçısı təqsirləndirilən qadınların məhkəmə zalında həbs edilməsini istəyib

"Leyla Şıxlinskaya" klinikasının vəzifəli şəxslərinə cəza istəyib. Klinikanın baş mühasibi Şəhla Abbasovanın 9 il, Yelena Abdullayevamım 2 il, Səkinə Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edilib. Dövlət ittihamçısı barələrində həbs-qətimkan tədbiri seçilməyən təqsirləndirilənlərin məhkəmə zalında həbs olunmasını istəyib.

Bizimyol.info xəbər verir ki, klinikada külli miqdarda mənimsəmə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində də hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

İstintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Baş mühasib klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

Klinika keçmiş baş mühasibi Şəhla Abbasova deyib ki, 4 il əvvəl klinikanın sahibi Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrıldıqdan sonra, L.Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edib. O müraciətində keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib.

Şəhla Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.

Leyla Şıxlinskaya isə mətbuata açıqlamasında bu cinayət işinin onunla əlaqəsinin olmadığını bildirmişdi. “Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər mənim pulumu mənimsəyib”.

“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayınması ilə bağlı Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılması barədə mediada məlumatlar dərc edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »