Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Dəmir Yolları” QSC rəsmisindən 9 milyonluq qalmaqalla bağlı açıqlama

Yavarın 25-də Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Latviyanın “ALBUVE” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı iddiası üzrə hazırlıq iclası keçirilib.

Təqdim olunan sənədlərdən belə məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın “ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar.

Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. “Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Məlumata görə, Latviyanın “ALBUVE” ASC şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə verib – həm Bakıda, həm də Latviyada.

Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq “ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər “Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sözcüsü Sevinc Qədirova bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC Latviyanın SIA Albuve şirkətinin müqavilənin şərtlərini pozması ilə bağlı zəruri sübutlar artıq aidiyyatı üzrə məhkəməyə təqdim edilib və bu haqda məlumatlar mülki-hüquqi müqavilə üzrə konfidensial xarakter daşıdığına görə qanunvericiliklə müəyyən olunmuş qaydada üçüncü şəxslərə verilə bilər:

"“Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın SIA Albuve şirkəti arasında elektrik qatarlarının alınmasına dair bağlanmış müqavilə üzrə Latviyanın SIA Albuve tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyinə görə məsələnin həlli hazırda məhkəmə müstəvisində araşdırılır. Bununla əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən SIA Albuve şirkətinə qarşı bir sıra tələblər irəli sürülüb, həmçinin zəruri sübutlar aidiyyəti məhkəməyə təqdim edilib.

Qeyd olunan məsələ ilə əlaqədar internet informasiya ehtiyatları vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-ə ünvanlanmış suallar yuxarıda göstərilən mülki-hüquqi müqavilə üzrə konfidensial xarakterli məlumatlara aid olduğundan, məsələ ilə bağlı müvafiq məlumatlar yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada üçüncü şəxslərə verilə bilər".

Rövşən Əsədov

Bizimyol.info

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »