Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingizin “Eurovision”a gedəcəyi barədə xəbərə aydınlıq gətirildi

Müğənni Çingiz Mustafayevin “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyi barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, informasiyanı ilk dəfə müsabiqənin ölkəmiz üzrə rəsmi səhifəsi “İnfe Azerbaijan” yazıb.

Onlar iddia ediblər ki, Təl-Əvivdə keçirilən beynəlxalq layihədə Çingiz Mustafayev yer alacaq. Lakin daha sonra hesab sözügedən xəbəri səhifəsindən silib.

“Qafqazinfo” mövzu ilə bağlı “Eurovision”un Azərbaycan üzrə media nümayəndəsi Ülkər Qasımova ilə əlaqə saxlayıb. O, bir neçə saat sonra mətbuata geniş bir açıqlama veriləcəyini qeyd edib.

Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova isə “Qafqazinfo”ya məlumatın doğru olmadığını bildirib: “Xəbər qətiyyən doğru deyil. Milli seçim turlarının qalibi hələ bəlli deyil, seçimlər davam edir. İctimai Televiziya milli seçim turlarının qalibini özü rəsmi olaraq ictimaiyyətə təqdim edəcək”.

Çingiz Mustafayev də instaqram səhifəsində mövzu barədə açıqlama yayıb. O, “Eurovision”a getməyəcəyini vurğulayıb: “İctimai TV tərəfindən seçimlərə dəvət almışam və hamı kimi orada çıxış etmişəm. Ondan sonra heç bir məlumatım olmayıb. İTV ilə əlaqə saxladım, onlar məlumatı təsdiqləmədilər. Xahiş edirəm, mənbəsiz məlumatları yayıb aranı qatışdırmayın”.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »