Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təqaüdçü hər izləyiciyə ayrıca təşəkkür etdi, abunəçi sayı 2,5 milyona çatdı - Video

Amerikalı Nilson İzayas son üç gün ərzində “Youtube” kanalında xeyli məşhurlaşıb. Onun abunəçi sayı 1,9 milyona çatıb.

Bizimyol.info “Mashable” internet portalına istinadən xəbər verir ki, təqaüdçü kanalını keçən ilin dekabrında açıb. Yanvardan daha fəal işlətməyə başlayıb. İzayas, adətən, ev təsərrüfatı və bağçılıqla bağlı videolar hazırlayır. Onun videoları arasında hətta hansısa tortun hazırlanmasını da görmək mümkündür. Nilson videolarında uşaqları da unutmur.

Foto: socialblade.com

Təqaüdçünü bir addımı məşhurlaşdırıb. Onu fevralın 3-də və 4-də kanalına 1500 nəfərin abunə yazılması təəccübləndirib. İzayas həmin adamlara bir-bir təşəkkür etmək qərarına gəlib. Onların adlarını dəftərə yazıb, sonra video hazırlayaraq, ard-arda səsləndirib. Video qısa zamanda populyarlaşıb. Elə ertəsi gün abunəçi sayı milyonu keçib.

İzayas son videosunda bu hadisədən çox təsirləndiyini bildirib. Təqaüdçü hamıya təşəkkür edib, amma xətrinə dəyən şərhlərdən də şikayətlənməyi unutmayıb. Bu videoya da az dəstək şərhi gəlməyib. Onun könlünü almağa çalışıblar. Şərh yazanlardan bir çoxu Nilsonun rəhmətə gedən babasını və ya nənəsini xatırlatdığını yazıb.

Son xəbərlər
Bütün xəbərlər »