Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abşeronda ağır qəza: yaralılar var - Foto

Abşeron rayonunda sərnişin avtobusu qəza törədib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün Abşeron rayonun Atyalı adlanan qəsəbəsində baş verib.

99-KU-551 dövlət qeydiyyat nömrəli sərnişin avtobusu yüksək sürətlə yol kənarında dayanan TIR-a çırpılıb. İlkin məlumatlara görə, avtobusun əyləc sistemi tutmayıb, idarəetməni itirərək TIR-a çırpılıb.

Yaralanan sərnişinlər arasında hamilə qadının olduğu bildirilib. Hadisə yerinə polis və altı təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə nəticəsində yaralanan sərnişinlər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan Oxu.Az-a verilən məlumata görə, hazırda müxtəlif dərəcəli xəsarətlərlə 10 nəfər yaralı xəstəxanaya yerləşdirilib:

“10 nəfər yaralı gətirilib. Hazırda yaralılara təcili yardım göstərilir”.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »