Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Smartfonlarla mesajlaşmaq beyin dalğalarının ritmini dəyişir
Bu yaxınlarda Epilepsy & Behaviour adlı yayımlanan məqalədə bu barədə maralı faktlar qeyd edilib.

Smartfonlarsız bir həyatı artıq təsəvvür etmək mümkün deyil. Lakin bu telefonların əlaqə vasitəsi kimi istifadəsindən əlavə, nevroloji təsirləri barədə çox az insan məlumat sahibidir.

Ağıllı telefonlarla mesajlaşdığımız zaman beynimizin necə işlədiyini anlamaq və daha çox məlumata çatmaq üçün professor William Tatum’un liderliyi ilə təqdiqat qrupu bu mövzuda bir araşdırma həyata keçirir. 129 iştirakçıdan əldə edilən məlumatlar təhlil edilir, beyin dalğaları 16 ay ərzində EEG vasitəsilə müşahidə olunur və beyin dalğalarının video qeydiyyatı aparılır.

Hər 5 insandan birinin özünəməxsus mesajlaşma ritmi var.

Villiam Tatumun əldə etdiyi nəticələr göstərir ki, smartfonlarla mesajlaşdıqda beyin dalğaları izlənilən hər 5 iştirakçıdan birinin özünə xas mesajlaşma ritmi mövcuddur. Tədqiqatçılar daha geniş nəticələr əldə etmək üçün, iştirakçıların barmaq hərəkətləri kimi xırda detalları da nəzərdən keçiriblər. Nəticədə isə sadəcə mesaj yazmaq əsnasında yeni beyin ritmi meydana çıxdığı müşahidə edilib. Doktor Tatum bu haqda belə açıqlama verib:

Beynin sözlü olmayan hər hansı bir məlumatı elektron cihazlardan istifadə edərək, işləyə bilmə qüvvəsini obyektiv olaraq ölçmək üçün bu yeni ritmin doğru ölçü vahidi ola biləcəyinə inanırıq.

Ekran kiçikləşdikcə, diqqət artmalıdır.

Smartfon istifadəçilərindən əlavə, mesajlaşma ritmi iPad istifadəçiləri üçün də keçərlidir. Tədqiqatçlar telefon və ya digər əldən idarə edilən məhsulları istifadə edərkən fərqli beyin dalğalarının mövcud olduğunu deyir. Bundan əlavə, cihazın ekranı nə qədər kiçikdirsə, beynimizdən də bir o qədər çox konsentrasiya (diqqət cəmləşdirməsi) tələb edir.

pahoo.az

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
Son xəbərlər
Bütün xəbərlər »