Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evinə zərər dəyənlər sığorta ödənişi ala bilər

Fevralın 5-də ölkə ərazisində baş verən zəlzələ “sığorta hadisəsi”dir.

Bu barədə bizimyol.info-ya sığorta eksperti və sığorta mübahisələri üzrə mütəxəsis İlkin İbrahimov bildirib.

O, deyib ki, ölkəmizdə təbii fəlakətlərlə bağlı yəni zəlzələ, sel, yer sürüşməsi, tufan və.s. hallarla bağlı daşınmaz əmlakın icbari sığorta növü üzrə sığorta məhsulunda qeyd olunub: “Belə hallarda ilk növbədə sığortanın tələbi əvvəldən əmlakı sığortalamaqdır. Yəni riski əvvəldən görüb müəyyən edilmiş məbləği ödəməklə müqaviləni əldə etmək lazımdır. Bu tariflər diferensial bölünüb. Bakıda 50 manat ödəməklə 250 manat azadolma çıxılmaqla 24750 manat ödəniş, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat ödəməklə 200 manat azadolma çıxılmaqla 19800 manat, və digər bölgələr üçün 30 manat ödəməklə, 150 manat azadolma çıxılmaqla 14850 manat sığorta kompensasiyası almaq mümkündür”.

Ekspert bildirib ki, dövlət inzibati binaları və ya əmlakları (icra orqanlarının binaları, məktəb və səhiyyə orqanlarının binaları və.s.), dövlət büdcəsindən, aztəminatlı sosial yardım alan şəxslər də eyni qayda olaraq dövlət büdcəsindən maliyyələşir: “Yəni ölkədə daşınmaz əmlakın çıxarışı olan bütün əmlaklar sığortalanır. Etməyənlər cəzalanmalıdır. Lakin cəza mexanizmi inzibati Xətalar Məcəlləsində nəzərdə tutulub, icra mexanizmi yoxdur. Digər tərəfdən əhali sığorta məhsullarına az maraq göstərir. Bunun ən başlıca səbəbi coğrafiya institutudur. Hər gün məsələn yağış nə qədər yağıb, zəlzələ hansı rayonda olub bu məsələlər ödənişlidir və gün hesabı nəzərdə tutulur. 36.60 qəpik hər gün üçün informasiya almağa pul xərclənməlidir. Digər tərəfdən sığorta şirkətləri də belə hallardan istifadə edərək ödənişi verməkdən aylarla uzadır. Əlavə olaraq dövlət də sığortası olmayan əmlaklarla bağlı FHN vasitəsilə ödəniş etmək məcburiyyətində qalır”.

Ramid İbrahimov

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
Son xəbərlər
Bütün xəbərlər »