Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizə elmi sevdirən Karl Saqandan 10 təsirli sitat
Carl Edward Sagan ABŞ əsilli astronom, astrobioloq və bizə kosmosu bütün incəlikləri ilə sevdirən ən birinci insanlardan biridir. Elmin populyarlaşması üçün gördüyü işlərlə hər kəsin yaddaşında həm çox savadlı, həm də olduqca pozitiv insan kimi qalıb. Pahoo.az sizə bu unudulmaz insanın 10 düşündürücü sitatını təqdim edir.

1. Hardasa bir yerdə inanılmaz şeylər onları kəşf etməyimizi gözləyir.

2. Elm sadəcə məlumat topluluğundan daha artığıdır. Bu, bir düşüncə formasıdır, kainatı şübhələrinlə sorğulamağın bir yoludur.

3. Elmi açıqlamamaq mənə əxlaqsızlıq təsiri bağışlayır, axı biz sevdiyimizdə bunu bütün dünyaya bildirmək istəyirik..

4. Bu günü dərk etmək üçün keçmişi bilməyiniz lazımdır.

5. Elmin yeganə istədiyi şey sizin avtomobil aldığınızda və ya TV reklamlarında gördüyünüz ağrıkəsicilərin keyfiyyətini yoxladığınızda nümayiş etdirdiyiniz şübhəcilliyi digər bütün mövzularda da göstərməyinizdir.

6. Əgər bütün Kainatda yalnız Yerdə həyat varsa, bu çox böyük bir yer israfı olardı.

7. İnanmaq istəmirəm, bilmək istəyirəm.

8. Fövqəltəbii iddialar üçün fövqəltəbii sübutlar lazımdır.

9. Özünüzü yaxşı hiss edirsiniz deyə, hər hansı bir şeyin doğru olub-olmadığına məhəl qoymamaq, cibiniz dolu olduğunda pulun haradan gəldiyinə məhəl qoymamaq qədər pis şeydir.

10. Cahilliyin hakim olduğu yerdə, ağıllı olmaq axmaqlıqdır.

pahoo.az

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
Son xəbərlər
Bütün xəbərlər »