Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan xəbərdarlıq: "İŞİD Suriyada dirçələ bilər"

Suriyada İŞİD-in nəzarət etdiyi ərazidə 1,5 minədək döyüşçü qalıb.

Bunu ABŞ Senatında keçirilən dinləmələrdə ABŞ-ın Yaxın Şərqdəki silahlı qüvvələrinin komandanı general Cozef Votel deyib.

O bildirib ki, hazırda İŞİD terror qruplaşmasının Suriyada nəzarət etdiyi ərazi böyük deyil. General bildirib ki, əgər əvvəl İŞİD-in Suriyada nəzarət etdiyi ərazi 85 min kv. km idisə, indi bu, cəmi 50 kv.km-dir.

Suriyada ümimilikdə 20-30 min İŞİD-çinin olmasına dair məlumatlara gəldikdə isə general onların ölkənin müxtəlif bölgələrinə səpələndiyini bildirib.

Bununla yanaşı Votel qeyd edib ki, ABŞ qoşunlarını Suriyadan çıxarandan sonra İŞİD ölkəyə nəzarəti bərpa edə bilər. Onun sözlərinə görə, İŞİD hələ də yetərli sayda güclü döyüşçülərə malikdir.

Votel bildirib ki, İŞİD-i tam məhv etmək üçün ABŞ bölgədə lazımı hərbi mövcudluğunu qoruyub saxlayacaq. (Oxu.az)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »