Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
4,5 milyard yaşlı daş satışa çıxarılacaq

Sibir dağlarına düşən ürək şəklindəki 4,5 milyard yaşlı meteor Sevgililər Günü münasibətilə hərraca çıxarılacaq.

Daşın satışını həyata keçirən "Christies" auksion evi meteoritin ürək şəklində olmasından dolayı 14 fevral Sevgililər Günündə satılacağını açıqlanıb. Ürəkvari meteoritin xaricində, eyni regionda yerləşən 40-a yaxın meteor daşları da 6-14 Fevral arasında satışa çıxarılacaq. Meteorit parçalarının ümumilikdə 300 min ilə 500 min dollar gəlir gətirəcəyi proqnoz edilir.

Xatırladaq ki, sözügedən meteor 12 fevral 1947-ci ildə Sovetlər Birliyi zamanında atmosferə girib parçalanaraq ürək formasını alıb. Daş Sibirin Sihote-Alin bölgəsində tapılıb. Atmosferin təsiri ilə yüzlərlə hissəyə ayrılan meteoritin parçaları rus geoloqları tərəfindən 5 gün müddətində toplanıb. Daşların tərkibinin 94% dəmir, 5,5% nikel və 0,38% kobalt olduğu müəyyən olunub.

Hadisəyə şahid olan Korney Şvets 1996-ci ildə Amerika mətbuatına verdiyi müsahibədə hadisəni belə şərh etmişdi:

“Bir kütlənin aşağı doğru süzüldüyünü gördük. O vaxt anam və qardaşımla sobada çalışırdıq və şkafın şüşələrinin silkələndiyini xatırlayıram. 17 yaşım vardı. Gördüyümüz şeyin ABŞ-ın atom bombası olduğunu güman etdik və çox qorxduq. Çünki 2 il əvvəl Xirosimaya atom bombası atılmışdı". (Publika.az)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »