Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Elnur Hüseynzadəni beynəlxalq axtarışa verdi

Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin əsgəri Elnur Hüseynzadə 1 fevral 2017-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçib.

Bu faktla əlaqədar Hərbi Prokurorluq tərəfindən 2017-ci il fevralın 2-də Elnur Hüseynzadəyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

17 fevral 2017-ci ildə Elnur Hüseynzadəni bu maddə ilə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb etmək barədə qərar verilib və onunla bağlı axtarış elan olunub.

Hərbi Prokurorluqdan həmçinin qeyd ediblər ki, Elnur Hüseynzadə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidməti dövründə öz intizamsız davranışı ilə fərqlənib və dəfələrlə xidmət yerini özbaşına tərk edib.

Xatırladaq ki, bu gün Ermənistan mətbuatı Elnur Hüseynzadənin iki il işğal olunmuş Dağlıq Qarabağda qoruma altında saxlandıqdan sonra azad edilməsi barədə məlumat yayıb. Separatçıların nümayəndələri Elnur Hüseynzadənin Azərbaycana qayıtmaqdan imtina etdiyini və üçüncü ölkəyə göndəriləcəyini bildiriblər. (Virtualaz.org)

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »