Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Patriarx Kirill: "Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər"

"Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər".

Bunu fevralın 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill deyib.

Patriarx Azərbaycana səfərin onun üçün hər zaman mühüm mənəvi-mədəni hadisə olduğunu dilə gətirib:

"Azərbaycana səfər mənim üçün hər zaman mühüm mənəvi-mədəni hadisədir. Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşağında yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir. Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, həm də şübhəsiz rus kilsəsi ilə təkcə Azərbaycanın müsəlmanları ilə deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk".

Kirill Azərbaycanda yaşayan pravoslavların heç bir narahatlıq hiss etmədiklərini bildirib:

"Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var". (Report.az)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› DİN: "COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edilib"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »