Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD-in 7 il əvvəl oğurladığı jurnalist sağdır - Guardian

İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

Bu barədə The Guardian qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlərlə görüşündə təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda harada saxladıqları barədə də informasiya verməyib.

The Sunday Times qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda əsir götürülmüşdü. (Publika.az)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »