Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londonda Marksın məzarına vandal hücumu

Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun Highgate qəbiristanlığındakı məzarına vandal hücumu olub.

Vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları siliblər. Qəbiristanlıq müdiriyyətindən bildiriblər ki, məzarın başdaşını bərpa etmək çətindir və yaxın aylarda bu mümkün olmayacaq.

Highgate qəbiristanlığının idarəçisi İan Dangevel deyib ki, Marksın məzarına bir neçə dəfə bu cür hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir. “Son illərdə də başdaşının üzərindən Marksın başı olan heykəlin qoparılması və onun rənglənməsi cəhdləri göstərilib. Son insident daha məyusedicidir. Çünki məzarın üzərindəki ağ mərmər lövhə oğurlanıb. Bu əməlləri törədənlər çox sərsəm adamlardır”, -deyə Dangevel əlavə edib.(Azertag.az)

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »