Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kopenhagen” “Qarabağ” azarkeşlərinə müraciət etdi
“Kopenhagen” Çempionlar Liqasının “play-off” mərhələsində keçirəcəyi oyunlarla əlaqədar “Qarabağ” azarkeşlərinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Danimarka klubunun saytında rəsmi açıqlama yerləşdirilib.

Ağdam komandası fanatlarına avqustun 23-də, Bakı vaxtı ilə saat 22:45-də cavab oyununun təşkil olunacağı “Parken” stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydalarına riayət etmək barədə xəbərdarlıq edilib. O da qeyd olunub ki, qonaq komanda tərəfdarları biletləri yalnız “Qarabağ” vasitəsilə əldə edə bilərlər.

“Parken” stadionunun 38 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq, “Qarabağ” azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.

Xatırladaq ki, ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »