Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Argentinada yeni dinozavr növü tapdılar

Elm dünyası tədqiqatları, araşdırmaları yorulmadan davam etdirir. Bu dəfə arxeoloqlardan yeni xəbər var.

Bizimyol.info xəbər verir ki, Argentinada yeni dinozavr növünün qalıqları tapılıb. Otyeyən nəhəngin nümunəsinin başının və boynunun skeleti Pataqoniya regionunda aşkar edilib. Dinozavrın 140 milyon il əvvəl yaşadığı ehtimal olunur.

Nəhəng heyvanın bir xüsusi özəlliyi var. Dinozavrların belində tikanları olurmuş. Bu, heyvana başqa yırtıcılarla mübarizələrdə çox kömək edirmiş. Amma mütəxəssislər hesab edir ki, həmin tikanlar döyüş zamanı tez sınırmış.

Dinozavr qalığı Buenos-Ayres elmi-mədəni mərkəzinə təqdim edilib. Ona ad da qoyulub. Yeni tapıntı “Bajadasaurus pronuspinax” adlandırılıb.

Tədqiqatçılardan biri olan Pablo Qallina düşünür ki, tikanlar təkcə döyüş vaxtı köməyə gəlmirmiş, həm də bədənin temperaturunun tənzimlənməsində rol oynayırmış. Bu nümunənin erkək dinozavra aid olduğunu ehtimal edirlər. Qallina hesab edir ki, tikanlar daha çox erkək dinozavrlara xas elementdir.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
Son xəbərlər
Bütün xəbərlər »