Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saçlarını 20 ildir yumur - Fotolar

Saçlarını uzatmağı xoşlayanlar var. Belə adamlardan biri də Böyük Britaniyada yaşayan Frenki Klunidir.

Bizimyol.info xəbər verir ki, Brayton şəhər sakini 20 ildir saçlarını yumur. Frenki 6 yaşından saç uzadır. 13 yaşı olanda uzunluq belinə çatmışdı. Məhz onda saç yumaq problemə çevrilməyə başladı. Rəfiqələrindən birinin saçlarını tamamilə yumamaq ideyası onun ağlına batdı.

Saçlarını 20 ildir yumur

İlk dövrdə çox çətin oldu. Frenki hiss edirdi ki, saçları çox yağlanıb. Üstəlik, başı qaşınırdı. Amma bir gün bütün xoşagəlməz hisslər keçdi.

İndi Frenki fəxrlə deyir ki, saçlarını 20 ildir yumur. Qız özünü çox yaxşı hiss edir. Saçlarının uzunluğu ilə fəxr etməmək mümkün deyil.

Saçlarını 20 ildir yumur

Düzdür, saçları hərdən ayağına dolaşır. Bəzən onları hörmək uzun vaxtını alır. Amma saçları yenə də Frenkini xoşbəxt edir.

Son xəbərlər
Bütün xəbərlər »