Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bəzi kəndlərin içməli su problemi həll olunacaq - Fotolar, Video

“Aran bölgəsinin və yüksək dağlıq ərazilərdə yerləşən yaşayış məntəqlərinin içməli suya ehtiyacı var. Bu ərazilərin içməli su ilə təchiz olunması üçün bizə müraciətlər edilib”.

Bu barədə Bizimyol.info-ya Etika Akademiyasının rəhbəri, hüquqşünas Günel İbrahim bildirib.

O, Azərbaycanın 10 kəndini içməli su ilə təchiz edilməsi layihəsini icra edib: “Bu layihəni baş ofisi İsveçrədə yerləşən, nümayəndəliyi Bakıda da olan JTİ (Japon Tabacco İnternational) maliyyə dəstəyi ilə həyata keçirmişik. 2014 -2018 illər ərzində 10 rayonda icra olunan layihə 50000 dən artıq əhalini əhatə edib”.

G.İbrahim layihənin Kürdəmir, Balakən, Lerik , Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi , Tovuz və Samux rayonlarında icra olunduğu deyərək layihənin sərhəd rayonlarında davam etdiriləcəyini bildirib: “Layihə 4 mindən 6 minə kimi əhalisi olan kəndləri əhatə edir. Layihənin bir tələbi də odur ki, layihəni əhalisinin 8 km ərazidə içməli suya əli çatmayan kəndlərdə icra edək. Cari ilin sonuna Quba xə Xudat rayonların 3 kəndində içməli su problemi həll olunacaq. Biz əsasən sub-artezian quyuları sistemi ilə işləyirik. Bu yerdə su nasosnan üzə çıxarılır. Kanal varsa, onu da təmizləyirik”.

Etika Akademiyasının rəhbəri bildirib ki, rəhbərlik etdiyi təşkilata daxil olan sorğular nəticəsində həmin əraziyə mütəxəsislərdən ibarət komanda ezam olunur: “Onlar geoloqlardı, tikinti üzrə peşəkarlar və su üzrə ekpertlərdir”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »