Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko ölkəsindəki yoxsulluğa görə Rusiyanı günahlandırdı

Ukrayna prezidenti Petro Poroşenko ölkədə yaşayış səviyyəsinin aşağı olmasında Rusiyanı günahlandırıb.

Bu barədə o, İCTV kanalında canlı efir zamanı deyib: “Ölkənin çətin vəziyyətə düşməsində daha çox Rusiya günahkardır. Rusiya bir göz qırpımında bazarlarını Ukrayna məhsullarına bağladı. Təsəvvür edin, ABŞ bir gün Kanada malları üçün bazarlarını bağlayır. Kanada iqtisadiyyatı necə çökər?”.

Poroşenkonun sözlərinə görə, Rusiya bununla da Ukraynada istehsalı dayandırmaq və milyonlarla işsiz ukraynalının ölkədə hakimiyyəti dəyişməsinə kömək etmək məqsədində olub. Ancaq buna baxmayaraq, Ukrayna hökuməti vəziyyətdən çıxış yolu tapıb və məhsullarını Avropa Birliyi bazarına çıxarıb.

“Moskva, həmçinin, qazı kəsməklə ukraynalıları dondurmağa da çalışıb. Ancaq Ukrayna beynəlxalq arbitraja müraciət edərək bu məsələni də həll edib”, - deyə prezident çıxışında bildirib. (Qafqazinfo.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »