Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Wi-Fi’dan 100 dəfə sürətli texnologiya: Li-Fi - VİDEO
Yaxın gələcəkdə internetdən istifadə etmək üçün Wi-Fi əvəzinəLi-Fi istifadə edə bilərik. Alimlərin 4 ildir üzərində çalışdığı yeni “Li-Fi” texnologiyası “Wi-Fi”ın alternativinə çevrilərək ondan 100 dəfə sürətli ola bilər. Bu yüksək keyfiyyətli filmi bir neçə saniyədə yükləyə biləcəyimiz mənasına gəlir.

Mashable” portalında yazılan xəbərə görə, “Li-Fi” informasiyanı led işıq diodları vasitəsilə ötürür. Bu diodlar nanosaniyə ərzində işıldayır ki, bu da insan gözü üçün onu görünməz edir. 2011-ci ildə alimlər 224 Gb/saniyə kimi heyrətləndirici sürətə nail olublar. Lakin ev şəraitində çox iri qurğulardan istifadə etmədən “Li-Fi” yalnız 1 Gb/saniyə sürət ötürə bilir.

“Wi Fi”dan fərqli olaraq, Li-Fi divarın arasından siqnal ötürə bilmir. Bu, eyni zamanda şəbəkəni kənar müdaxilədən xilas edən faktordur. Led işıq diodlarından istifadənin hesabına gələcəkdə Li-Fi eyni anda iki funksiya yerinə yetirəcək: həm otağı işıqlandıracaq, həm də elektron cihazları internetlə təmin edəcək.

pahoo.az

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »