Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Suriyaya növbəti hərbi kolon göndərdi - Foto

ABŞ üzərində zirehli texnika, generatorlar və digər mallar olan 150 yük avtomobili ötən gün axşam saatllarında Suriyada YPG/PKK terror təşkilatının nəzarətində olan bölgəyə göndərib.

Bu haqda “Anadolu” agentliyi yazıb.

Hərbi kolon saat 21:30 radələrində İraq-Suriya sərhədindəki Simelka sərhəd-keçid məntəqəsindən Suriyaya daxil olub. Yük avtomobilləri bu gün günorta saatlarında ABŞ ordusunun YPG/PKK ilə birgə istifadə etdiyi Harab İşk və Sirrindəki anbarlarına çatıb.

Agentliyinin yazdığına görə, bu hadisə ABŞ-ın regiondan çəkilməyəcəyini göstərən növbəti siqnaldır. “Anadolu”nun bölgədəki mənbələrə görə, ABŞ-ın Suriyadan çəkilmə qərarından indiyə kimi YPG/PKK işğalındakı bölgəyə təxminən 400 TIR göndərilib

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 19-da bəyanat verərək Suriyadan çəkiləcəyini açıqladı. Onun sözlərinə görə, İŞİD Amerika hərbçilərinin Suriyada olmasının yeganə səbəbi idi. (Publika.az)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »