Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marneulidə 55 yaşlı kişi “donuz qripi”ndən ölüb

Gürcüstanın Marneuli rayonunda 55 yaşlı kişi H1N1 virusundan dünyasını dəyişib.

O, iki həftə idi ki, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə olub.

Marneuli İctimai Səhiyyə Mərkəzinin direktoru Eter Laperadzenin dediyinə görə, həmin şəxsdə “donuz qripi” ilə yanaşı, bir neçə xroniki xəstəlik də olub. Buna görə də xəstə virusa tab gətirə bilməyib və dünyasını dəyişib.

Laperadzenin bildirdiyinə görə, Marneuli miqyasında virusla mübarizə üçün Tamiflu preparatından istifadə olunur.

Marneuli miqyasında ümumilikdə laboratoriya tərəfindən təsdiqlənmiş 7-8 “donuz qripi”nə yoluxma halı qeydə alınıb. (Qafqazinfo.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
Son xəbərlər
Bütün xəbərlər »