Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Formula 1" yarışının Azərbaycanda keçirilmə müddəti 2023-cü ilə kimi uzadıldı

Bu gün Fairmont otelində “Formula 1” yarışları ilə bağlı “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı mətbuat konfransı keçirildi.

Konfransdan əvvəl Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin daha 3 il də uzadılmasına dair yeni müqavilənin imzalanma mərasimi keçirildı.

Mərasimdə Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri və Gənclər və idman naziri Azad Rəhimov bir araya gələrək, Azərbaycan Qran Prisinin Formula 1 yarış cədvəlində 2023-cü ilədək qalmasını təmin edən müqaviləni imzaladı.

Bakıda Formula 1 yarışının 2020-ci ilədək keçirilməsini nəzərdə tutulan mövcud müqavilənin müddəti daha 3 il uzadıldı.

İmzalanma mərasimindən sonra çıxış edən nazir Azad Rəhimov Azərbaycan Qran Prisinin keçirilməsinə dair müqavilənin müddətinin uzadılmasından böyük məmnunluq duyduğunu bildirdi:“ Bakı Şəhər Halqası ən sürətli yarışlardan birinin burda keçirilməsinə müfəffəq olub. Ən maraqlı Formula 1 yarışlarından biri olan Azərbaycan Qran Prisi bu idmanın azarkeşlərinə həyəcanlı anlar yaşatmaqda davam edəcək. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıda baş tutan Formula 1 yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu keçən ən maraqlı yarış həftəsonlarından birinə çevrilməsinə hamılıqla şahid olduq. Hər il dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur və biz çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusilə Azərbaycan Qran Prisinə böyük maraq göstərir”.

Azad Rəhimov müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları Formula 1-in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlarını söylədi: “ Yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər. Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum səviyyədə artıra biləcəyik. Müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və biz böyük məmnuniyyətlə builki yarış daxil olmaqla daha 5 yarışa evsahibliyi etməyə hazırıq”.

Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Azərbaycanın Formula 1 yarışı üçün ideal məkan olduğunu dedi: “Bu müqaviləni yeniləməklə biz Azərbaycan Qran Prisini daha bir neçə il ərzində Formula 1 Dünya Çempionatında görə biləcəyik. Bu yarış hər dəfəsində yaratdığı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddət ərzində mövsümün ən məşhur yarışlarından birinə çevrilə bildi. Azərbaycan hər zaman Formula 1-də olan hər bir kəs üçün böyük qonaqpərvərlik nümayiş etdirir. Bakı şəhəri isə mükəmməl yarış üçün möhtəşəm ab-hava təqdim edir. Bu baxımdan bütün avtoidman həvəskarlarını möhtəşəm yarışı qaçırmamaq üçün Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi 28 aprel tarixini gündəliklərinə qeyd etməyə dəvət edirəm”.

Konfransda səfər çərçivəsində cənab Kerrini Formula 1-in promouter və biznes qurumları ilə əlaqələr üzrə baş meneceri Emili Preyzer müşayiət edirdi. Onunla birlikdə BŞH-nin icraçı direktoru Arif Rəhimov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və “Heineken International” şirkətində Formula 1 və Formula E yarışlarına dair sponsorluq üzrə aparıcı mütəxəssis Ben Pinkus “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adı altında keçirilən konfransda iştirak edərək “Formula 1: Qlobal Brendlər Platforması” mövzusunda məruzə söylədilər.

Tədbirdə həmçinin , Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) dəstəyi ilə sayca 3-cü dəfə keçirilən konfransda biznes, texnologiya və səyahət sahələrinin təmsilçiləri ilə yanaşı dövlət qurumlarından 250-ə yaxın ali səviyyəli qonaq iştirak etdi.

Konfrans çərçivəsində sponsorluq imkanlarından danışıldı və bu mövzu ətrafında təcrübələr bölüşüldü.

Bu il baş tutacaq növbəti Formula 1 Azərbaycan Qran Prisinə bilet almaq və Bakıya səyahəti indidən planlaşdırmaq istəyənlər ətraflı məlumatı saytımızdan əldə edə bilərlər: www.bakucitycircuit.com

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Koronavirusla adi qripin fərqi
Son xəbərlər
Bütün xəbərlər »