Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qız öz paltar şkafında yad kişi tapdı: Neçə gündür orada yaşayırmış

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Meddi neçə gün şkafında ruh olduğunu düşünüb. Amma sonradan tələbə qızın qarderobundan adam çıxıb.

Bizimyol.info xəbər verir ki, hadisə Qrinsboro şəhərində baş verib. Meddi hər gün otağında bəzi əşyaların yoxa çıxmasını müşahidə edirmiş. Vanna otağında əl izləri gözə dəyirmiş. Meddinin ağlına ilk gələn variant ruh olub.

Bir gün şkafdan səs-küy gələndə məsələ üzə çıxıb. Meddi elə bilib ki, ora yenot girib. Şkafın qapısını açanda orada tanımadığı adamla üz-üzə gəlib. Özünü Dryu adlandıran qonaq Meddinin paltarlarını geyinib oturubmuş.

Qız dərhal sevgilisinə xəbər verib. O gələnə qədər Dryunu yubatmaq mümkün olub. Bu müddətdə çağırılmamış qonaq da özünü yaxşı aparıb.

Polis Dryunu həbs edib. Bütöv adı Endryu Svofford olan cavan oğlan otağa niyə girdiyini izah etməyə tələsmir. Onu zaminə buraxmaq üçün yaxınları 26 min dollar ödəyib.

Son xəbərlər
Bütün xəbərlər »