Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro canlı yayımda Quaydoya zəng vurdu

İspaniyanın hökumət rəhbəri Pedro Sançes müxalifət lideri Xuan Quaydonu Venesuelanın ölkə başçısı kimi qəbul edib. Üstəlik, Almaniya, Böyük Britaniya, Hollandiya, Fransa, Danimarka, Avstriya, Litva, Çexiya və İsveç də eyni addımı atıb. İspaniyanın “La Sexta” telekanalı bu hadisədən dərhal sonra Venesuela prezidenti Nikolas Madurodan müsahibə alıb.

Bizimyol.info xəbər verir ki, “Salvados” proqramının qonağı olan dövlət başçısı jurnalist Xordi Evolenin suallarını cavablayıb. Maduro əvvəlcə Quaydonun onu postunu tərk etmək çağırışına münasibət bildirib: “Ölkəmiz üçün ən yaxşısı konstitusiyaya hörmətlə yanaşmaqdır. Mən hər şeydən əvvəl bunu edirəm. Konstitusiyaya əməl etməyə and içmişəm. Bu mənim vəzifəmdir”.

Jurnalist Maduroya İraq lideri Səddam Hüseynin, Liviyanın keçmiş dövlət başçısı Müəmmar Qəddafinin taleyini xatırladanda o belə reaksiya verib: “İnsanlığın dərs ala biləcəyi ciddi səhvlər oldu. Buş-Aznar koalisiyasının İraq müharibəsinə yol açdığını unutmayın. Bu səhvlər və dəhşət Venesuelada da işləndi. İyirmi illik mübarizə seçimimiz var. Biz tarixi xarakteri olan böyük gücük. Hər şey ABŞ-ın dəliliyinə və təcavüzkarlığına bağlıdır”.

Maduro Avropa ölkələrinin bir-birinin ardınca Quaydonu dəstəkləyən bəyanatlar verməsinə də münasibət bildirib: “Niyə Avropa Birliyi dünyanın başqa ölkəsində prezident seçkilərinin təkrar olunmasının vacibliyini qeyd etmir? Mən seçkiləri rədd etmirəm ki!.. Onsuz da 2024-cü ildə seçki keçiriləcək. Avropanın Venesuela haqda dedikləri vecimə də deyil. Avropa əvvəlcə öz problemlərini həll etsin”.

Venesuela prezidenti ən çox ABŞ-a və onun prezidenti Donald Trampa acıqlıdır: “ABŞ 20-ci əsrin əvvəllərində yaşanan hərbi hücumlar, oyuncaq hökumətlər və ölkə sərvətlərinin talanması dövrünə qayıtmaq istəyir. Əllərini qana bulayan səhvlər edirlər”.

Maduro və Tramp

Maduro Quaydonun özünü prezident elan etməsini konstitusiyaya söykənməyən akt adlandırıb: “Dövlət başçısını sadəcə insanlar seçər. Quaydonun ölkəni idarə etmək bacarığı yoxdur”.

O, Venesuelaya qarşı iqtisadi savaş açıldığını düşünür: “Yaralarımızı sağaltmağa imkan vermirlər. Venesuelanı tərk edən xeyli insan aldadıldı, yanlış bir baxışla getdilər”.

Müsahibənin bu yerində Venesuela prezidenti studiyada hamını şok edəcək addım atıb. O, telefonunda Quaydonun mobil nömrəsi olduğunu, elə indicə müxalifət liderinə zəng vuracağını deyib. Quaydo dəstəyini qaldırmayınca Maduro ona bu mətndə mesaj yazıb: “Nə etdiyini yaxşı düşün. Cavan adamsan. İllərdir bir ölkə üçün vuruşuram. Ölkəyə daha artıq zərər vurma. Zərbə strategiyasını saxla. Heç kimin seçmədiyi prezidenti yamsılamağı dayandır. Faydalı olmaq istəyirsənsə, üz-üzə əyləşib söhbət edə bilərik”.

Maduro müsahibənin sonunda Türkiyə ilə iqtisadi əlaqələri gücləndirəcəklərini deyib. Venesuela prezidenti onun əleyhinə çıxan ölkələrin başçılarını tənqid edib.

Son xəbərlər
Bütün xəbərlər »