Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq dərəcəli hakimə ittiham: Bacısının sevgilisini döyə-döyə öldürüb

Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimi vəzifəsində çalışmış qətldə təqsirləndirilir.

Bizimyol.info xəbər verir ki, ittihama görə, o, bacısının qeyri-rəsmi nikah münasibətində olduğu şəxsi döyə-döyə öldürüb.

Ölən şəxs Xırdalan şəhər sakini Pərviz Həbibovdur. Ötən il iyun 28-də Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.

Ancaq hüquq-mühafizə orqanlarının araşdırdırması P.Həbibovun iyunun 22-də öldürüldüyünü ortaya çıxarıb. Onun qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ə.Ağakişiyev tərəfindən evində döyülüb öldürüldüyü müəyyən edilib.

Təqsirləndirilənə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılır.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclasının fevralın 14-nə təyin edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »