Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
700 bal toplayanların ev problemi
Bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan 15 abituriyentdən 2-si rayon məktəblərinin məzunlarıdır. Onların Bakıda evləri olmadığından harada qalacaqları maraq doğurur.

Qəbul imtahanında 700 bal toplayan Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə azvision.az-a bildirib ki, o, bacısı və anası ilə birlikdə Bakıda kirayədə qalacaq.

“Bacım keçən il universitetə qəbul olmuşdu. Anam onunla birlikdə Bakıda kirayədə yaşayır. Bu il mən də onlarla birlikdə qalacağam. Kirayə tutduğumuz mənzil Azadlıq prospektindədir. İqtisad Universitetində oxumaq haqda qərar vermişəm”.

İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin məzunu Vahab Cəbrayılov isə oxuyacağı Bakı Ali Neft Məktəbinin yataqxanasında qalacaq.

“Kirayədə qalmaq istəmirəm. Bakı Ali Neft Məktəbinin yataqxanasında qalacağam. Yataqxana mənim üçün daha rahatdır”.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında 15 abituriyent 700 bal toplayıb. Artıq ali təhsil müəssisələrinə də ixtisas seçimi başa çatıb. Nəticələr yaxın günlərdə açıqlanacaq.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »