Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Əliyevə təşəkkür etdi - Təhvil verilən FETÖ-çüyə görə

Xəbər verdiyimiz kimi, ötən ay FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E. təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq Türkiyəyə təhvil verilib.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalına müsahibəsində ölkənin Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ-yə qarşı hansı tədbirləri görməyindən, eləcə də bu məsələdə ona dəstək olan ölkələrdən bəhs edib.

Türkiyə prezidenti sonuncu dəfə Azərbaycanın FETÖ-nün əsas adamlarından birini bu ölkəyə verdiyini xatırladaraq Prezident İlham Əliyevə təşəkkür edib: “Qardaşım İlham Əliyevə təşəkkür edirəm. Bir müddət öncə Azərbaycan bu təşkilatın əsas fiqurlarından birini bizə təhvil verdi”.

Ərdoğan buna qədər də oxşar ekstradisiyalar olduğunu qeyd edərək Kosovonun 7 cinayətkarı təhvil verdiyini söyləyib.

Türkiyə prezidenti ölkədə FETÖ-yə qarşı aparılan əməliyyatların davam edəcəyini, onların hər yerdə-dövlət idarələrində, polislər, hərbçilər arasında olduğunu vurğulayıb.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »