Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial medianı "baltalatmaq" istəyənlər var"
"Son günlərdə sosial media resurslarında sui –istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunur.

Ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video materiallar və bilərəkdən dezinformasiyalar paylaşılır.

Açıq - aşkar görünür ki, kimləsə Azərbaycandilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir.

Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur.

Kimlərsə çalışır ki bu tip zərərli informasiyalar ətrafında müzakirələr açılsın , ictimai-sosial qruplar buna münasibətlər bildrisinlər.

Güman ki xaricdə də elə qruplar var, onlara da lazımdır ki , bəzi ölkələrdə olduğu kimi ölkəmizdə də sosial mediaya qarşı hökumət tərəfindən “balta” metodu tətbiq olunsun".

Bu cümlələri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz faysbuk hesabında yazıb. O, daha sonra yazır: "Sosial medianı kökündən "baltalayan" ölkələrin üzləşdiyi problemlər hamımıza məlumdur.

Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azərbaycan seqmentini gözdən salmaq, mənasız müzakirələrə yönəltmək, parlamentin diqqətini zərərli kontentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər.

Xatırlatmaq istərdik ki, bizim hər birimizin , həmçinin də cəmiyyətimizin və dövlətimzin sosial mediaya və internetə daha çox ehtiyacı var.

Son dövrlərdə ölkədə aparılan islahatlarla, global dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində biz böyük hədəflərə çatmağı planlayırıq.

Bu baxımdan fərqində olmalıyıq ki , bu cür resurslar bizim üçün ictimai bir platformadır, ictimai nəzarət imkanıdır, ictimai müzakirələr meydanıdır, kimlər üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibələri vasitəsidir.

Odur ki, fikrimcə ilk növbədə özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək sui-istifadə hallarının qaşısını almalıyıq. İctimai fikrin yanlış yönləndirilməsinə yol verməməliyk.

Ümid edirəm ali hakimiyyət də bunun fərqindədir ki , mənasız və zərərli kontentlər Azərbaycandilli sosial media məkanına həmişə kənardan sızdırılır.

Əminəm ki, hökumət də sosial medianın ölkəmiz üçün əhəmiyyətini dərk edir və onun inkişafını əngəlləyən addımları məqbul hesab etməyəcək.

Sirr deyil ki, qlobal resursların rəhbərlərində milli hökumətlərlə əməkdaşlıqda ikili standartlar var. Bu isə bizim kimi balaca ölkələrə sosial medianın tənzimlənməsində problemlər yaradır. AİF olaraq biz bunu anlayırıq.

Lakin globallaşan dünyada, müasir çağırışlar fonunda və bu çağırışlara uyğun hədəflərə çatmaq baxımından AİF olaraq hesab edirik ki bizim özümüzün bu tip resurslara ehtiyacımız daha çoxdur.

Bu baxımdan hökumətin sosial medianın tənzimlənməsinə ehtiyatla və səbrlə yanaşması, beynəlxalq təcrübəni əsas götürməsi, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgə hərəkət etməsi daha doğru olardı "

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »