Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçəyə atılmış uşaqların nənəsi danışdı: "Uşaqların atasını tanımırıq"

Bərdədə iki azyaşlı uşağını küçəyə atan qadınla bağlı yeni faktlar ortaya çıxıb.

Azvision.az xəbər verir ki, Qazax rayonunun Kəmərli kənd sakini olan Yeganə Nemət qızı Osmanovadan valideynləri illər öncə imtina edib. Qadının qohumları küçədən tapılan uşaqların atasını tanımadıqlarını deyirlər.

Yeganənin anası Yasəmən Osmanova 11 ildir ki, qızından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, Yeganə 5 ay evli olub. Sonra ailəsindən boşanaraq atasının evinə qayıdıb. Bir ildən sonra evdən qaçaraq başqa bir kişi ilə qeyri-rəsmi münasibət qurub.

"El qaydası ilə ərə getdi. Onu vağzalı ilə evdən yola saldıq. 5-6 aydan sonra qayıtdı gəldi. 1 il evdə qaldı, ondan sonra çıxıb harasa getdi. Birinci nikahdan uşağı yox idi".

O, nəvələrini heç vaxt görmədiyini söyləyib: "Uşaqların atasını tanımırıq. Məlumatımız yoxdur. Yeganə 11 il əvvəl evdən çıxıb. Həmin vaxtdan onunla əlaqəni kəsmişik. Artıq yaddan çıxarmışıq. Nə etdiyini, kiminlə yaşadığını da bilmirik. Belə bir insan bizim həyatımızda yoxdur".

35 yaşlı Yeganə Osmanova evdən qaçdıqdan sonra yüngül həyat tərzi keçirməyə başlayıb. 2008-ci ildən indiyədək ailəsi onunla maraqlanmayıb.

Qeyd edək ki, ötən gün Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb. Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Uşaqların anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu müəyyən edilib.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »