Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yol qəzalarının ən çox baş verdiyi ərazilər

Bakı şəhərində ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlər açıqlanıb.

2018-ci ilin qəza təhlilləri nəticəsində şəhərdə sürətli olan yollarda qəzaların daha çox baş verdiyi məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qəzalar ən çox Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, habelə Buzovna, Maştağa yolu, eləcə də Kənar Dairəvi Yolda baş verib.

Ötən il baş verən qəzaların 62 faizi isə piyada vurmaların payına düşüb. Bunun da özünəməxsus səbəbləri var.

Ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb. (Xezerxeber.az)

Son xəbərlər
Bütün xəbərlər »