Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro Roma Papasından kömək istədi

Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskdən xahiş edərək ondan hökumət və müxalifət arasında "dialoqun sadələşdirilməsi"nə kömək etməsini istəyib.

Bu barədə Bizimyol.info Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Məlumata əsasən, məktubunda Maduro bəyan edib ki, "İsanın işinə" xidmət edir. O, Roma Papasının müsbət cavab verəcəyinə ümid etdiyini dilə gətirib.

Roma papası / Foto: clicktopray.org

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Xuan Quaydo / Foto: Reuters

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »