Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlara bəd xəbər: Sağlamlaşdırılması mümkün olmayan banklar bağlanacaq
“Dövlət başçısının 2016-ci ilin dekabr ayında təsdiqlədiyi “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə görə 2018-ci ildə bankların sağlamlaşıdırılması bitməli idi. Maliyyə Bazarlarına Nəzarət Palatası bu vəzifənin də öhdəsindən gələ bilmədi, bankların sağlamlaşdırılması prosesi başa çatmadı”.

Bu barədə bizimyol.info-ya açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, buna səbəb 2016-cı ildən tətbiq edilməyə başlanan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olması olub: “Bu qanunun qüvvədə olma müddəti isə bu ilin martında başa çatır. Bu qanunun vaxtının artırılması ilə bağlı qanun layihəsi yoxdur və böyük ehtimalla olmayacaq. Bu isə o deməkdir ki, martın 4-dən sonra bağlanan bankda əmanətlər tam sığortalanmayacaq. Bu qanunun qüvvədə olduğu 3 il müddətdə sağlamlaşdırılması mümkün olmayan bankları ona görə bağlamadılar ki, banklarda xeyli sığortalanmış əmanət var. Və bu qədər bankı eyni vaxtda bağalayıb əmanəti qaytarmaq çətin olacaq. Odur ki bankların bağlanması təxirə salınıb”.

Ramid İbrahimov

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »