Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücülər yol polisini videoya çəkə bilərmi - DYP-dən açıqlama

Təəssüflə bildiririk ki, 02.02.2019-cu il tarixində yayımlanan “Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar” başlıqlı yazıda ifadə olunan fikirlər düzgün şərh olunmayıb.

BDYPİ-nin rəsmisi Rüfət Quliyev vətəndaşlar tərəfindən yol-patrul xidmətinin əməkdaşlarının xidmət zamanı video çəkilişinin aparılmasının cəzaya səbəb olması ilə bağlı fikir bildirməyib.

Rüfət Quliyev

Əslində, sözügedən materialda şöbə rəisi R.Quliyev qanunvericilikdə məhz polisin qanuni tələbinə tabe olmayan sürücülərin cəzalandırılması barədə konkret maddələrin nəzərdə tutulduğunu, habelə yol hərəkəti zamanı digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altnda qoyaraq törətdikləri qayda pozuntularının, özbaşınalıqların videogörüntülərini sosial şəbəkədə paylaşmaqla bunu “qəhrəmanlıq” kimi təqdim edən şəxslərin yanlış yolda olduqlarını bildirib. Bu fikirlər isə sonradan ayrı-ayrı saytlarda təhrif edilmiş şəkildə paylaşılıb. (oxu.az)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »