Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vitse-spiker Ermənistanın himnini və bayrağını dəyişdirmək istəyir

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan Ermənistan bayrağına dəyişiklik edilməsi təklifini irəli sürüb. O, ölkə bayrağının üzərinə xaç şəkli yerləşdirilməsini təklif edib.

Ermənistan mətbuatında yayılan məlumata görə, A.Simonyan bu barədə öz “Facebook” səhifəsində yazıb və yazının sonunda smayllar qoyub. Lakin bu təklif narazılıqlara səbəb olduqdan sonra o, öz yazısını dəyişdirərək əlavə olaraq yazıb:

“Bəzən başlıqdan əlavə yazının məzmununu da oxumaq lazımdır”.

Xatırladaq ki, bundan əvvəl vitse-spiker ölkə himninin dəyişdirilməsini və Sovet dövründəki Aram Xaçaturyanın bəstələdiyi himnin qaytarılması təklifi ilə çıxış edib.

Lakin birinci təklif etiraz dalğasına səbəb olsa da, ikinci təklif təzadlı fikirlərə səbəb olub.

Bu təklifin tərəfdaşları əsaslandıraraq bildiriblər ki, Ermənistan xristianlığı dövlət dini kimi qəbul edən ilk dövlətdir. Təklifə qarşı çıxanlar isə iddia edirlər ki, indiki bayraq Ermənistan respublikasının tarixində böyük anlama malikdir və Birinci Dünya Müharibəsindən başlayaraq qələbələrin ayrılmaz rəmzidir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »