Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Benzin hansı ölkədə neçəyədir?

Müxtəlif ölkələrdə benzinin qiymətilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı, Avropanın əksər ölkələrində (İsveçrə, Serbiya, Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya və Moldova istisna olmaqla), həmçinin Qazaxıstanda benzinin qiyməti nəzərə alınıb.

Bizimyol.info xəbər verir ki, bu ölkələr arasında ən ucuz benzinin Qazaxıstanda satıldığı məlum olub. Orada Aİ-95 markalı benzinin 1 litri 80 qəpikdir.

Rusiyada eyni benzinin bir litrini sürücülər 1 manat 16 qəpiyə (45 rubl) alırlar. Belarusda isə bu rəqəm 1 manat 21 qəpikdir.

Araşdırma aparılan ölkələr arasında ən baha benzin Hollandiyada satılır – 3 manat 5 qəpik.

Araşdırmaçılar başqa bir reytinq cədvəlini müxtəlif ölkələrdə orta aylıq əməkhaqqına düşən benzin üzrə tərtib ediblər. İlk üç yeri Lüksemburq, Norveç və Avstriya tutub. Bu ölkələrdə benzinin qiyməti baha olsa da, əməkhaqqı da çox yüksəkdir. Məsələn, Lüksemburqda orta aylıq əməkhaqqı müqabilində 3113.9 litr, Norveçdə 2334.1 litr, Avstriyada isə 2214.9 litr benzin düşür.

2018-ci ilin oktyabrında “Bloomberg” təkcə Avropa yox, bütün dünya üzrə benzinin qiymətini araşdırmışdı. Məlum olmuşdu ki, dünyada ən ucuz benzin Venesueladadır – burada 1 sentə (2 qəpikdən də az) 3.7 litr benzin almaq olar . İkinci yerdə Səudiyyə Ərəbistanı gəlir – 1 litr benzin orada bizim pulla 42 qəpiyə satılır. Bu cədvəldə üçüncü yerdə isə İrandır – qonşu ölkədə 1 litr benzini bizim pulla 55 qəpiyə ala bilərsiniz.

Azərbaycanda Aİ-92 benzinin litri 90 qəpiyə, Aİ-95 markasının litri isə 1 manat 25 qəpiyə satılır. Azərbaycanda orta aylıq əməkhaqqı müqabilində təxminən 600 litr Aİ-92 və yaxud 433 litr Aİ-95 benzini almaq olar.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »