Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar” xüsusi mükafatlar təqdim etdi
Dünən “Nar” ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə mükafatlandırma mərasimi keçirdi.

Tədbirdə “Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı.

[gallery size="large" columns="2" ids="14074,14075,14011,14008">

10 avqust 2017-ci il tarixdə modern.az saytı ilə birgə təşkil edilən mükafatlandırma mərasimində əsasən ilin ən uğurlu abituriyenti adını qazanan 15 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edildi.Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 15 gənclə tədbirdə iştirak edən qonaqlar şəxsən tanış olmaq və təbrik etmək imkanını qazandılar.

“Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da gəncləri təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzuladı:

“Bu gün biz bura qəbul imtahanlarında ən yüksək bal toplamış gəncləri dəvət etmişık. Bu ən maksimal nəticə, böyük şücaətdir. Bu böyük uğura imza atmış gənclərimizi “Nar” adından təbrik etmək bizi çox fərəhləndirir. Məhz göstərdikləri yüksək əzmkarlıq və çalışqanlıq kimi təqdirəlayiq xüsusiyyətlər sayəsində gənclərimiz bu nailiyyəti əldə ediblər. Biz bu tədbiri ona görə keçirdik ki, sizin bu qəhrəmanlığınızı bütün Azərbaycana bildirək. Həmçinin, sizə əlavə bir stimul yaradaq.”

Axundov həmçinin qeyd etdi ki, “Nar” bir çox layihələr edir. “ Təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini xüsusi hədiyyələrə layiq görmüşdür. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır”.

Millət vəkili Tahir Mirkişili öz çıxışında son zamanlar təhsilin keyfiyyəti ilə bağlı çox böyük irəliləmələr və keyfiyyət göstəricilərinin yaxşılaşdığını dedi: “ Keçən illə bu il müqayisə olunanda həm 700 bal toplayan, həm də 200 baldan çox bal toplayan tələbələrin sayı artıb. Belə yüksək bal toplayan tələbələrdən çox böyük gözləntilər gözləyirik”.

[gallery size="large" columns="2" ids="14079,14070">

Mükafatlandırma mərasimində millət vəkilləri,Təhsil Nazirliyinin nümayəndələri iştirak edirdi.

[gallery size="medium" ids="14068,14067,14065">

Qeyd edək ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »