Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana foto uğurlu alınsın deyə uşağı qatarın altına "atdı": Son anda xilas etdilər

Çində üç yaşlı uşaq fotosessiya zamanı qatarın hərəkətdə olduğu dəmiryol relslərinin üstünə yıxılıb.

Bizimyol.info xəbər verir ki, hadisə fevralın 3-də Xubey vilayətinin Uxan şəhərində baş verib. Uşağın anası hərəkətdə olan sürət qatarının fonunda onun şəklini çəkmək istəyib.

Ana uğurlu kadr tutmaq üçün uşağa deyib ki, bir addım geri çəkilsin. Tarazlığı itirən uşağın ayağı sürüşüb və relsin üzərinə yıxılıb. Dəmiryol stansiyasının əməkdaşı dərhal qaçaraq uşağı xilas edib. Uşaq yaralanmasa da, möhkəm qorxub.

Hadisənin şahidləri deyir ki, uşaq stansiya işçisinin çevik reaksiyası nəticəsində sağ qalıb. O, uşağı götürüb kənara atılanda qatarın həmin nöqtəyə çatmasına cəmi 4-5 saniyə qalıbmış.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »