Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AzTV-də daha bir yenilik

Azərbaycan Dövlət Televiziyasında film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycantelefilm Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib. Artıq filmlərin siyahısı da dəqiqləşib.

Rejissor Ramiz Həsənoğlu

Bu qəbildən yazıçı Elçinin, dahi mütəfəkkir İmaddədin Nəsiminin, Rəsul Rzanın əsərləri, Cəfər Cabbarlının keşməkeşli həyatı, Anarın ssenarisi əsasında “Azad bir quş idim”, həmçinin Şah İsmayıl, Sultan Səlim Yavuz, Uzun Həsən və digər nüfuzlu tarixi şəxsiyyətlərin həyatına həsr olunan “Fatehlərin divanı”kimi çoxseriyalı filmlər də ekranlaşdırılacaq.

Xatırladaq ki, AzTV-nin eks- sədri Arif Alışanov Prezidentin 15 yanvar sərəncamı ilə vəzifəsindən azad edilib. Onun səlahiyyətlərini kanalın gənc jurnalisti Rövşən Məmmədov icra edir.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır
Son xəbərlər
Bütün xəbərlər »