Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Veysəloğlu”nun adminstratoru müştərilərlə qeyri-etik davranıb

“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “SPAR” satış mərkəzinin adminstratoru müştərilərə qarşı kobud danışıb, aqressiv davranıb.

Bu halla qarşılaşan şəxslərdən biri Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov olub.

Jurnalist bildirib ki, marketin adminstratoru Əlvan Süleymanov ona və digər müştəriyə nəzakətlə davranmayıb, onlarla ünsiyyətdə müraciət qaydalarına riayət etməyib.

“02.02.2019-cu il tarixində “SPAR” satış mərkəzinin adminstratoru Əlvan Süleymanov marketin işçiləri və müştəriləri qarşısında mənimlə qeyri-etik davranıb. Deməli, məndən öncə tanımadığım müştəri aldığı məhsulların sellefon torbaya yığılması üçün Ə.Süleymanovdan kömək istədi. Adminstrator müştərilərin çox olduğunu deyərək məhsulun onun özü tərəfindən yığılmasının mümkün olduğunu bildirdi. Bu zaman narazılığını bildirən müştəriyə Ə.Süleymanovun cavabı belə oldu: “Deyəsən, dava axtarırsan?”. Gərginliyin artdığını görən marketin işçilərindən biri özünü yetirdi və müştərinin aldığı məhsulları tez-tez torbaya yığdı. Bu zaman mənim aldığım məhsulları da adminstrator kassaya vururdu. Marketin işçisi mənim aldığım çörəyi də həmin müştərinin sellefon torbasına qoyub. O müştəri isə artıq marketdən gedib. Sonra mənim aldığım məhsulları torbaya yığdı. Mən kassadan uzaqlaşmamış torbaya baxanda çörəyin torbada olmadığını görüb administrator bildirdim. O, öncə şifahi bildirişimi eşitməmiş kimi davrandı. Mənim isarar etdiyimi görüb dedi: “Sən niyə öz malına sahib çıxmırsan?” Mən ona dedim ki, marketin işçisi mənim aldığım malı başqa müştərinin torbasına qoyub. Aldığım məhsulları kassada qoyub həmin çörəyin eynisini götürmək üçün çörək olan vitrinə yaxınlaşdım. Kassaya qayıdanda administrator yenidən mənimlə kobud danışdı, aqressiv davrandı.

Mən eyni qiymətdə çörəyin vitrində olmadığını bildirdim, qalıq pulumu istədim. Bu zaman o, müştərilərin qarşında məni aşağılamağa çalışdı. Administrator mənə “sən həmişə beləsən...? Bu sənin problemindir, malına sahib çıx!” dedi. Mən ondan şikayət edəcəyimi bildirəndə qalıq pulu aqressiv şəkildə mənim qarşıma qoydu və mən həmin pulu götürmədən oranı tərk etdim”,- deyə R.İbrahimov bildirib.

“SPAR” satış mərkəzinin adminstratoru Əlvan Süleymanovdan əməlindən etdiyi şikayətlə bağlı aparılan araşdırma ilə bağlı R.İbrahimova cavab verilib.

Cavabda bildirilib: ““SPAR” satış mərkəzinin adminstratoru Əlvan Süleymanov tərəfindən sizə qarşı edilən hörmətsizlik, qeyri-adekvat davranış araşdırıldı. Kamera görüntüləri incələndi. Administratorun sizə və sizin timsalınızda digər müştərilərimizə qarşı əsəbi və aqressiv davranışı təsdiqləndi. Tərəfimizdən bu davranış şiddətlə qınandı. “Araz” və “SPAR” supermarketlər şəbəkəsinin müştəri məmnuniyyəti prinsipləri kobud şəkildə pozulduğundan Əlvan Süleymanova rəhbərlik tərəfindən yazılı şəkildə töhmət verildi. Heç bir halda müştəriyə qarşı bu şəkildə davranış yolverilməzdir! Bizim üçün müştəri məmnuniyyəti hər şeydən vacib və dəyərlidir. Bir daha yaşananlardan dolayı sizdən üzr istəyirik”.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »