Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxt sakinləri hansı çimərlikləri seçir? – SORĞU
Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edib.

Abşeron yayının yaraşığı, ilin yerdə qalan fəsillərində səbirsizliklə gözlədiyimiz bir şey də var ki, bu da çimərlik mövsümüdür.

Cəmi bir neçə ay davam edən mövsümü hər kəs dəyərləndirməyə çalışır. Kimsə dənizdə çimmək, kimsə sərinləmək, kimsə qaralmaq üçün üz tutur Xəzərin sahilinə.

Sorğu nəticəsində bəlli oldu ki, paytaxt sakinlərinin yarıdan çoxu yayda çimərliyə üz tutur (62 %). Dənizə üz tutanlar arasında 35-44 yaş aralığında olan respondentlər üstünlük təşkil edir (73 %).

Dənizə gedənlərin əksəriyyəti ödənişsiz çimərliklərə üstünlük verir (44 %). Ödənişli çimərlikləri bəyənənlər nisbətən azdır (31 %). Respondentlərin dörddə biri isə çimərliklər arasında fərq qoymur - həm ödənişli, həm də ödənişsiz çimərliklərə üz tutur (25 %).

Dənizə alternativ göstərilən akvapark isə respondentlər arasında çox da sevilmir. Belə ki, rəyi soruşulanların cəmi 31 %-i yayın istisinə akvaparkda sərinlik qatır. Akvaparksevərlər isə gənc nəslin (18-24 yaş aralığı) nümayəndələridir (57 %).

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »