Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman mütəxəssis sosial şəbəkələrdən asılılığın təhlükələrini açıqlayıb

Sosial şəbəkədə çox vaxt keçirmək təhlükəlidir Sosial şəbəkələrdə həddindən çox vaxt keçirmək yanlış özünüdəyərləndirməyə, depressiyaya gətirib çıxara bilər.

Bizimyol.info xəbər verir ki, alman psixiatr, elmlər doktoru İris Haut belə deyir. Psixiatrın sözlərinə görə, xüsusən uşaqlar və yeniyetmələr sosial şəbəkə asılılığından daha çox əziyyət çəkir. Ona görə də valideynlər onların davranışına diqqət yetirməlidilər.

"Sosial şəbəkələrdən həddindən çox istifadə edənlər bir çox hallarda "online" olmayanda özünü naahat, gərgin hiss edir", - Haut vurğulayıb. Alman həkim hesab edir ki, uşaq və yeniyetmələrə ən adi tibbi biliklərin öyrədilməsi vacibdir. Çünki bu halda, onlar hansısa məsələnin onların sağlamlığına, həyat tərzinə mümkün mənfi təsirlərini dərk etməkdə çətinlik çəkməyəcəklər.

Mütəxəssis elə böyüklərə də "sosial şəbəkə dietasından" istifadəni məsləhət görür: "Şəbəkə istifadəçilərinin əksəriyyətinin "super pozitiv" paylaşımları, dəbdəbə nümayişləri onları görənlərdə özünüdəyərləndirmədə yanlışlığa, həyatdan real olmayan gözləntilərə səbəb ola bilər. Çünki o fotoları görən, paylaşımları oxuyan istifadəçilər özlərini onlarla müqayisə etməyə başlayır. Bu da insanda qorxu hissi, depressiya yaranmasına səbəb olur. Bir müddət öncə Rusiyada aparılan araşdırmada məlum olmuşdu ki, 18 yaşdan yuxarı olan hər dörd nəfərdən biri gündə azı, 4 saat sosial şəbəkələrdən istifadə edir.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »