Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahir Mədətov qaradərili futbolçunun əlini sıxmadı

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” – “Neftçi” oyununda maraqlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin hücumlarından birində “Neftçi”nin seneqallı futbolçusu Mamadu Mboc “Qarabağ”ın hücumçusu Mahir Mədətova əlini uzadıb, lakin sonuncu afrikalının əlini sıxmayıb.

Qısa zamanda sosial şəbəkələrdə yayılan video, istifadəçilərin sərt tənqidinə səbəb olub.

Sonradan Mahir Mədətov “Instagram”da 25 yaşlı seneqallıdan yaranmış vəziyyətə görə üzr istəyib:

“Həmin epizodda sənin əl uzatdığını görmədim. Üzr istəyirəm. Ümid edirəm ki, aramızda hər şey yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu, bir oyundur. Sənə uğurlar arzulayıram”.

Mamadu Mboc Mahir Mədətovun mesajını cavabsız qoymayıb.

“Sənin irqçi olmadığını bilirəm. Narahat olma, bu, sadəcə, oyundur və bunların baş verməsi normaldır”.

Qeyd edək ki, ötən gün keçirilən “Qarabağ” – “Neftçi” matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Dani Kintana hesabı açıb. “Neftçi” isə mərkəz müdafiəçisi Mamadu Mbocla oyunda tarazlığı bərpa edib.

15 turdan sonra turnir cədvəlinə 34 xalla “Neftçi” başçılıq edir. “Qarabağ” 31 xalla ikincidir.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »