Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtmiş futbolçunun təyyarəsinin qalıqları tapıldı

“Kardif Siti” klubunun futbolçusu Emiliano Salanı daşıyan təyyarənin qalıqları La-Manş boğazında aşkarlanıb.

Bu barədə BBC məlumat yayıb.

Sala ailəsinin muzdla tutduğu təhqiqatçı Devid Merns dağıntıların Qernsi adasının sahilləri yaxınlığında üzə çıxdığını bildirib. Britaniyanın Hava Qəzalarının Araşdırma Agentliyinin yerli bölməsinin əməkdaşları təyyarənin qalıqlarının çıxarılması üçün həmin əraziyə göndərilib.

“Emiliano Sala və Devid İbbotsonun ailəsi artıq bu barədə məlumatlandırılıb”, - deyə Merns “Twitter” hesabında yazıb.

Xatırladaq ki, yanvarın 21-də Nantdan Kardiffə uçan “Payper Malibu N264DB” təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində argentinalı futbolçu və nəqliyyat vasitəsini idarə edən pilot Devid İbbotson olub.

Qeyd edək ki, “Kardiff siti” Salanı klub üçün rekord qiymətə - 15 milyon funt-sterlinqə heyətinə qatıb. 28 yaşlı oyunçu ötən ayın sonlarından məşqlərə başlamalı idi.

Son xəbərlər
Bütün xəbərlər »