Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dakı saxta universitet diplomatik qalmaqal yaratdı

ABŞ-da aparılan “miqrant ovu” Hindistanla əsl diplomatik qalmaqala səbəb olub.

Belə ki, ABŞ hüquq-mühafizə orqanları bu günlərdə saxta universitetdə guya tələbə kimi qeydiyyatdan keçmək bəhanəsi ilə ölkəyə gələn 129 hindli tələbəni həbs edib.

“BBC News”un informasiyasına əsasən, internetdə reklam olunan Miçiqan ştatındadkı “Farminqton universiteti” qeyri-leqal miqrantları axtarıb tapmağa çalışan ABŞ Daxili təhlükəsizlik nazilriyinin agentləri tərəfindən ifşa edilib.

Yerli prokurorluq bu universitetdə adlarını qeyd etdirən şəxslərin əslində əvvəldən onun saxta olduğunu bildiklərini bəyan edib. Lakin Hindistan hökuməti bəhs olunan tələbələrin aldadıldığını düşünür.

Buna görə Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ın Nyu-Dehlidə yerləşən səfirliyinə etiraz notası təqdim edib.

Diplomatik idarə ABŞ hakimiyyətinin həbs olunan tələbələrə konsul yardımını göstərmək imkanını verməməsindən də şikayətlənib.(Musavat.com)

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »