Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə İraqa 5 milyard dollar kredit verəcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İraqa görə üzərinə ən böyük öhdəlik götürən ölkənin Türkiyə olduğunu ifadə edərək, bu ölkəyə 5 milyard dollar kredit verəcəklərini söyləyib.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, Çavuşoğlu bu 5 milyard dollardan iş adamlarının istifadə edəcəyini söyləyib:

“İraqda həyata keçiriləcək layihələr, qoyulacaq sərmayələr və ticarətimiz üçün bu puldan istifadə edəcəyik. Biz İraqın yenidən qurulması üçün bu işləri koordinasiya etməyə başlamışıq”.

Türkiyənin sərhəd qonşularından biri olan İraqda cərəyan edən proseslərdən danışan Çavuşoğlu bunları deyib:

“Hazırda İraqda əhatəli bir hökumətin olması və ölkənin yenidən qurulması ən əhəmiyyətli məsələdir. Biz bu işləri İraqın yenidən qurulması üçün təşkil etməyə başlamışıq. Yaxın günlərdə həm Bağdada, həm də Ərbilə səfər edəcəyəm. Prezident Rəcəb Tayyib Ərdoğanın 31 martda keçiriləcək yerli seçkilərindən sonra İraqa edəcəyi səfəri üçün də hazırlıqlar aparacağıq. İraqın başqa problemləri də var. Terror təhdidi hələ də davam edir. Bu baxımdan problemləri həll etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışırıq”.

Paylaş »
››› Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
››› Moskva görüşündən gözləntilər
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› DİN: "COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edilib"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »