Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sovet işğalına görə Rusiyadan kompensasiya tələb olunur

Estoniya “sovet işğalı”na görə Rusiyadan təzminat tələb edir. Estoniyanın ədliyyə naziri Urmas Reynsalu bu barədə danışıb.

Bizimyol.info xəbər verir ki, məsələ ilə əlaqədar hələ oktyabrı ayında Ədliyyə Nazirliyi yanında araşdırma komissiyası yaradılıb. Komissiya belə nəticəyə gəlib ki, Estoniyanın Sovet İttifaqı tərəfindən işğalı nəticəsində ölkəyə təxminən 1.2 milyard avro ziyan dəyib.

Moskva, Kreml / Foto: Pixabay.com

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Oleq Morozov kompensasiya tələbinə münasibət bildirərkən deyib ki, Estoniya müstəqil olandan bəri bu söhbətləri eşidir. Onun fikrincə, bu cür məsələlərə ciddi fikir verməyə dəyməz: “Çox təəssüf edirəm ki, tam cəfəng məsələləri bizim müasir tariximizə bağlamağa çalışırlar, hələ üstəlik, təzminat da tələb edirlər. Bu, siyasi konyunkturaya, müasir informasiya müharibəsinə hesablanmış cəfənfiyyatdır”.

Son xəbərlər
Bütün xəbərlər »