Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada rubl ucuzlaşır - dolların kəskin bahalaşması gözlənilir

Rusiya rublu yenə yavaş-yavaş güc itirir. Xüsusilə bu il qonşu ölkə valyutasının məzənnəsi aşağı düşməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, 1 dolları son vaxtlar 65-66 rubl civarında dəyişmək mümkündür. Halbuki keçən il rubl nəzərəçarpan dərəcədə güclənmişdi. Mütəxəssislər tezliklə 1 dolların Rusiya bazarında 85 rubla qədər dəyərlənəcəyini proqnozlaşdırırlar.

Analitik Mixail Maşenko “Rossiyskaya qazeta”ya deyib: “Yanvarda rublun məzənnəsi dollara nisbətdə 6 faiz aşağı düşüb. Bunun əsas səbəbi ABŞ-ın federal ehtiyat mərkəzinin ritorikasının dəyişməsidir. Bir müddət uçot dərəcəsinin artırılmasının ertələnməsi rublun yerini möhkəmləndirməsinə şərait yaratdı. Amma amerikalıların aqressiv ritorikası investorları qaçırdır”.

Maşenko ümumilikdə bədbin danışmamağa çalışıb. Amma avropalı, amerikalı mütəxəssislər daha inamlı proqnozlar verirlər. Onların fikrincə, dolların Rusiya bazarındakı kursu yenə psixoloji həddə - 85 rubla çata bilər.

Rusiya artıq bir dəfə belə kollaps vəziyyətinə düşüb. 2016-cı ildə dollar rublu 85 həddinə qədər zəiflətmişdi. Onda 1 avro da 95 rubla dəyişdirilirdi. Bunu daha çox neftin qiymətinin kəskin aşağı düşməsiylə qiymətləndirirdilər. Həmin il Rusiya neftinin bir barreli təxminən 30 dollara satılırdı. İndi qiymət iki dəfəyə qədər artıqdır.

Son xəbərlər
Bütün xəbərlər »