Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduronun ölkə sərvətlərini dağıtması üzə çıxdı: Ərəblərə 3 ton qızıl satıb

Venesuelada müxalifəti də, xalqın etirazçı kəsimini də ölkə sərvətlərinin talanması çox narahat edir. Nikolas Maduro rejiminin mərkəzi bankda saxlanılan qızılları satmaq istəyi də buna görə böyük rezonans doğurmuşdu.

Bizimyol.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, Venesuela hakimiyyəti qızıllardan bir hissəsini satmağa imkan tapıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Noor Capital” şirkəti Cənubi Amerika ölkəsindən 3 ton qızıl aldığını bəyan edib. Sadəcə, ərəblər qızılları yanvarın 21-də aldıqlarını bildirir. “Noor Capital” bəyanatında beylənxalq standartları və hüquqi normativləri pozmadığını qeyd edib.

Beynəlxalq təzyiqdən çəkindiyini gizlətməyən BƏƏ şirkəti Venesuelda vəziyyət düzəlməyənə qədər növbəti sövdələşmənin baş tutmayacağını bildirib. Buna baxmayaraq, “Noor Capital” Venesueladan qızıl almaqda maraqlıdır.

Venesuela qızılının satılmasında Rusiya da çox ittiham olunur. Cənubi Amerika ölkəsinin 30 qon qızılının artıq bu ölkədə olduğu deyilir. Qərb mətbuatı yazır ki, qızıllar əvvəlcə Dubaya gətirlib, sonra Rusiya paytaxtına aparılıb. Rəsmi Moskva ittihamı rədd edir.

Paylaş »
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »